“Sumqayıt” “Neftçi”yə, “Qarabağ” “Keşlə”yə qarşı – Azərbaycan Kuboku

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə yekun vurulacaq.

İnterval.Az qol.az-a istinadən xəbər verir ki, bu gün daha 2 matç keçiriləcək. İlk olaraq “Sumqayıt” “Neftçi”nin qonağı olacaq. Bu komandalar arasında birinci görüşdə Bakı klubu 0:1 hesabı ilə uduzub.

Son oyunda isə “Qarabağ” “Keşlə”ni qəbul edəcək. İlk görüşdə 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi üstünlüyünü qorumağa çalışacaq.

Qeyd edək ki, dünən “Qəbələ” və “Zirə” yarımfinala vəsiqə qazanıb.

20 dekabr (cümə)

17:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov
“Kapital Bank Arena”
İlk oyun – 1:0

20:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov
“ASCO Arena”
İlk oyun – 0:1

19 dekabr

18:00. “Sabah” – “Qəbələ” – 2:3
İlk oyun – 0:3

15:00. “Zirə” – “Səbail” – 1:0
İlk oyun – 0:0


Bütün xəbərlər