Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir

Ağ ev ABŞ-a övlad dünyaya gətirmək və avtomatik amerika vətəndaşlığı almaq məqsədilə gələn əcnəbi qadınlar üçün viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir.

İnterval.Az Trend-ə istinadən bildirir ki, ölkə Prezidenti Donald Tramp doğum hüququ əsasında vətəndaşlıq verilməsini nəzərdə tutan ABŞ Konstitusiyasına 14-cü düzəlişi “açıq-aşkar gülməli” adlandırıb.

Qeyd olunur ki, təklif olunan dəyişikliklər ölkəyə qısamüddətli turizm və işgüzar məqsədlərlə gəlmək istəyənlər üçün verilən B tipli vizalara tətbiq oluna bilər.

Dövlət Departamentinin əməkdaşları ABŞ-a övladı üçün vətəndaşlığa nail olmaq məqsədilə gələnlərə viza verilməsindən imtina edə bilər.

ABŞ İmmiqrasiya Araşdırmaları Mərkəzinin statistikasına əsasən, hər il bu ölkənin ərazisində təxminən 33 min əcnəbi uşaq doğulur.


Bütün xəbərlər