Bakıda çap sexində yanğın olub

Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

İnterval.Az-ın məlumatına əsasən, Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, “Təhsil Nəşriyyat Poliqrafiya” MMC-nin yerləşdiyi dördmərtəbəli binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 85 m² olan cildləmə sexində bir ədəd çap dəzgahı yanıb. Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı əriyib. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bütün xəbərlər