Toliklə Rəhim barışdı

“İki ilə yaxındır ki, Rəhim Rəhimli ilə aramız soyuq idi, amma bu gün məclisdə idik, heç nə olmamış kimi görüşüb söhbət etdik”.

İnterval.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) İnstaqram hesabında yazaraq müğənni ilə barışdığını qeyd edib:

“Söhbət əsnasında öyrəndim ki, Rəhimin ad günüdür və ürəyimdən onu təbrik etmək keçdi. Bilmirəm hisslərimi izah edə bilirəm ya yox, sənət üçün yaşayanları küsdürməyin. Rəhim sənə can sağlığı, uzun ömür və əsası, səhnədə olmağını arzu edirəm”.

Qeyd edək ki, qalmaqala səbəb Rəhimin “Tolik mənim də arxamca danışırdı. Mən də onun cavabını verdim. Mənə zəng vurub, deyir, niyə belə? Sənə olar danışmaq, bizə yox? Demək, sənə hər şey demək olar. Amma səndən də çox məşhur olan, işlər görən, imkanı olan insanlardan biri də bizik. Bir müddət keçəndən sonra gördüm proqramda “qurdluluq” edib, sataşmağa başlayıb. Anladım ki, bu insanın xasiyyəti belədir, düzəlməz. Onun 18-20 yaşı yoxdur, düzələ. Nə olsun səhər 2 saat efirə çıxırsan. O demək deyil ki, hər kəsə qadağa qoya, neqativ ötürə bilərsən?” sözləri olmuşdu.


Bütün xəbərlər