“Qarabağ”ın Qazaxıstan klubu ilə oyunu canlı yayımda

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxacaq.

İnterval.Az Milli.Az-a istinadla xəbər verir ki, Ağdam klubu Qazaxıstan təmsilçisi “Jetısu” ilə qarşılaşacaq. Görüş saat 18:00-da start götürəcək. Oyun Peşəkar Futbol Liqasının “YouTube” kanalında canlı yayımlanacaq.

“Qarabağ” Antalyadakı ilk sınağında Rumıniyanın “Akademika Klinçeni” klubu ilə 2:2 hesablı bərabərə qalıb.

18:00 “Qarabağ” – “Jetısu”

Antalya, “Gloria Sereniti”


Bütün xəbərlər