Məşhur qrupun üzvü öldü

Kanadanın məşhur “Rush” qrupunun üzvü Neil Peart xərçəng xəstəliyindən vəfat edib.

İnterval.Az ölkə.az-a istinadən bildirir ki, musiqiçinin 67 yaşı var idi. Bu barədə CBS telekanalı məlumat yayıb.

Musiqiçi Kaliforniyanın Santa Monika şəhərində vəfat edib. O, beyin xərçəngindən əziyyət çəkirdi.
Peartın dəfn olunacağı yer və vaxtı barədə məlumat verilmir.

Qeyd edək ki, “Rush” qrupu 1968-ci ildə Torontoda fəaliyyətə başlayıb.


Bütün xəbərlər