Bakıda “VAZ-2107”-ni qaçıran şəxslər saxlanılıb

“VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

İnterval.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da H.Bəşirova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Tağıyev, O.Salmanov və əvvəllər məhkum olunmuş E.Rzayev saxlanılıblar.


Bütün xəbərlər