Sudanın Baş nazirini öldürmək istədilər

Sudanın Baş naziri Abdalla Xamduka qarşı sui-qəsd həyata keçirilib.

İnterval.Az Day.Az-a istinadən bildirir ki, insident Xartumda bazar ertəsi baş verib.

Məlumata görə, paytaxtın mərkəzində Baş nazirə məxsus avtomobil partladılıb. Baş nazirin xoşbəxtlikdən sağ qaldığı qeyd edilir.

Sui-qəsdin arxasında duran qüvvələr barədə məlumat verilmir.


Bütün xəbərlər