Əli Kərimov

Balabançı

1874-cü ildə Ağsu rayonu Kalva kəndinda anadan olmuşdur.Yastı balaban ustadı olmaqla yanaşı gözəl saz, tar, kamança, nağara, Qoşa nağara da çalmışdır. “Koroğlu nağarası”nın müəllifi olan Əli Kərimov 70-a yaxın yeni mahnı bəstələyib ifa edib.Əli Kərimov zurna, balaban, tütək kimi alətlərdə çox böyük sənətkarlıqla çalmağı bacarıb, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. İlk dəfə olaraq o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib. Yaqut Bahadurqızının sözlərinə görə Əli Kərimov təkcə çalğıçı yox, həm də onlarla mahnının yaradıcısı, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. Bayram Hüseynli və Tahirə Kərimova 1984-cü ildə “Əli Kərimov” adlı rusdilində monoqrafiya çap etdirmişlər. Bu əsər Ə.Kərimov haqqında hərtərəfli və dürüst materallarla zəngindir.”Çoban Yaylağı” və “Əli icadı” peşrovlarının, rəqslərin (Heyvagülü, Alma gülü, Alça gülü, Bənövşə, Əfruzə və s.) müəllifidir. 7 hissəli Çaharzən dəstgah” nı çalmışdır.2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə araşdırmaçı Qalib Soltanoğlunun “Asta çal balabanı: Kalvalı Əli Dədə” kitabı işıq üzü görüb. 2009-cu il noyabrın 25-də Ağsu şəhər Mədəniyyət Sarayında çağdaş Azərbaycan zurna-balaban məktəbinin yaradıcısı Əli Kərimovun 135 illiyinə həsr olunmuş tədbir keçirilib.

2009-cu ildə Əli Kərimovun ifa elədiyi oyun havalardan ibarət disk buraxılıb. Diskdə 2 el havası – “Tərəkəmə” və “Uzundərə” mahnıları yer alır. Əli Kərimovun mahnıları Azərbaycan Milli Radiosunun “Qızıl fondu”nda və Dövlət Səs Yazıları Arxivində qorunur.

İstinadlar

  1. ↑ Azərbaycan muğamı
  2. ↑ 2009-11-29 tarixində orijinalından arxivləşdirilibİstifadə tarixi: 2011-02-16  Zamiq Yunisov   İnterval.Az 

Bütün xəbərlər