Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşada toplaşıb – FOTO

Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır.

İnterval.Az  bildirir ki, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 14-ü və 15-də Şuşada keçiriləcək poeziya günlərinin qonaqları artıq mədəniyyət paytaxtına toplaşıb.

Qonaqlar ilk əvvəl Şuşada bərpa edilmiş bir sıra dini və tarixi-mədəni abidələrimizi ziyarət edəcək. Günün ikinci yarısında isə Vaqif Poeziya Günlərinin açılış tədbiri olacaq. Daha sonra gecə saatlarınadək poeziya, konsert proqramları təqdim ediləcək.

Zamiq Yunisov

İnterval.Az 

Məqaləyə dair fotomateriallar:

 


Bütün xəbərlər