Ukrayna şad xəbəri açiqladi: artiq qalib gəlirik – Bizi dayandırmaq OLMAZ

Ukraynanın ikinci prezidenti Leonid Kuçmanın Ukraynada Rusiya Federasiyası tərəfindən başladılan müharibə ilə bağlı ukraynalılara müraciəti dərc edilib.

Interval.Az bildirir ki, Kuçmanın müraciətini onun mətbuat katibi Darka Olifer sosial şəbəkədəki səhifəsində yayımlayıb.

“Uzun ömrümdə bu günlərdəki qədər qürur, ağrı və qəzəb yaşamamışdım. Bəzən elə gəlir ki, həm torpağımız, həm də ürəyimiz 15-ci gün deyil, əbədi olaraq yanır. Sanki ruslar əsrlərdir Xarkov və Çerniqovu, Sumı və Kiyevi, Jitomir və Nikolayevi bombalayır.

Loading…
Mən Ukraynada evdə qalıram, çünki hamımız öz vətənimizdəyik, başqası yoxdur. Və biz hamımız birlikdə qələbəyə qədər onu qoruyacağıq. Partiya sütunlarına bölünmədən, şəxsi maraqlar və köhnə çəkişmələr olmadan. Bayraq, Ordu, Prezident ətrafında birləşin.

Ukrayna Rusiya deyil. Və heç vaxt Rusiya olmayacaq. Onlar bunu gözləməyəcəklər”, – Kuçma bildirib.

Sabiq prezident qeyd edib ki, Ukrayna artıq qalib gəlir və onu dayandırmaq olmaz:

“Rusiya Federasiyasına gəlincə, mən bircə onu deyə bilərəm ki, yekdilliklə “lənət olsun sizə” deyən soydaşlarımın sözlərinə qoşuluram”.

Kuçma bildirib ki, o, Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin fövqəlbəşəri cəsarətindən, könüllülərin fədakarlığından və bütün vətəndaşların həmrəyliyindən qürur duyur.

İkinci prezident də müraciətində İrpen, Buça, Vorzel şəhərlərinin ruslar tərəfindən dağıdılması, Mariupolun mühasirəyə alınması və doğum evinin rus təyyarələri tərəfindən bombalanmasından da bəhs edib.

Interval.Az


Bütün xəbərlər