Milli Gimnastika Arenasında Bakı Çempionatı start götürüb – FOTO

 

Yanvarın 29-da Bakı Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı start götürüb.

Interval.az  Trend-ə istinadən xəbər verir ki,  çempionat və birincilikdə ümumilikdə batut üzrə 34, tambliq üzrə 20 idmançı iştirak edir.

Turnirdə idmançılar fərdi proqramda batut üzrə balacalar (2015), uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük), tamblinq üzrə uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən il bir sıra mötəbər beynəlxalq yarışları uğurla təşkil edən Azərbaycan Gimnastika Federasiyası koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranan iki illik fasilədən sonra yerli yarışlar mövsümünə start verir.

Yarışlar Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilir.

Yarışları www.gymtv.online (https://gymtv.online/) internet səhifəsindən canlı izləmək mümkündür.

Interval.az

Məqaləyə dair fotomateriallar:

 


Bütün xəbərlər