2022-ci ilin ƏN ŞANSLI BÜRCLƏRİ: pələng kimlərə uğur gətirəcək?

2022-ci ilin astroloji proqnozu xüsusilə karyera və şəxsi həyat məsələlərində bir çox Zodiak işarələri üçün daha uğurlu olacağını vəd edir. Bürclərin hər bir nümayəndəsinin öz şans dövrü olacaq. Bununla belə, yalnız ulduzlara güvənməməlisiniz. Belə bir vaxtda aktiv olmaq lazımdır, boş otursanız, heç nə dəyişməyəcək.

Bürclərin bəzi ünsürləri üçün il taleyüklü ola bilər, əhəmiyyətli dəyişikliklər gözləniləndir. Odur ki, dəyişikliklərə hazırlaşmağa dəyər.

Milli.Az beynəlxalq dərəcəli astroloq Polina Qoldun 2022-ci il üçün hazırladığı astroloji proqnozu təqdim edir:

Qoç

2022-ci ildə Qoç həyatın bütün sahələrində harmoniya tapacaq. Onları haqlı olaraq bu dövrün şanslıları adlandırmaq olar, çünki böhran vəziyyətləri gözlənilmir. Bürcün nümayəndələri üçün ən əlverişli dövr ilin ikinci yarısıdır, yazın sonundan noyabr ayına qədər. Bu zaman Qoç bürclərinin karyera yüksəlişi, maliyyə sahəsində yaxşılaşma, şəxsi həyatlarında uğurlar qazanmaq şansları daha yüksəkdir. Bundan əlavə, bu dövr ən cəsarətli fikirlərin həyata keçirilməsi baxımdan da əlverişlidir. Yay sizin üçün yeni əlaqələr qurmaq və onların üzərində işləmək üçün əlverişli dövr hesab olunur. Yeni tanışlıqlar, burulğanlı romanlar və ya mövcud əlaqələrin möhkəmlənməsi ehtimalı var.

Buğa

Buğa bürclərini dəyişik bir il gözləyir, gah sakit, gah da gərgin vəziyyətlərə düşəcəklər. Qışın ilk iki ayının həyatın bir çox sahəsi üçün çətin ola bilər. Yaz ayları daha harmonik keçəcək, maliyyə və karyera məsələlərində bəxtiniz gətirəcək. Yayda yeni insanlarla tanış olmaq və ya mövcud münasibətlər üzərində işləmək tövsiyə olunur. Sentyabr və noyabr aylarında çətinliklər yarana bilər. Payızın son ayında şəxsi həyatda qeyri-sabitlik yarana bilər, lakin bunu maliyyə və karyerada şanslar kompensasiya edir.

Əkizlər

Yanvardan may ayına qədər Əkizlər bürcünün nümayəndələrinin qarşısında geniş imkanlar açılacaq, səyləri yüksək qiymətləndiriləcək. İşdəki çətinliklərə baxmayaraq, bu dövrdə hava elementinin nümayəndələri sevgidə də şanslı olacaqlar. May-noyabr ayları Əkizlər üçün xüsusilə uğurlu olacaq, necə deyərlər, şans üzlərinə güləcək. İl ərzində illüziyalara qapılmamalısınız, problemlərinizi ağıllı və rasional şəkildə həll etməyə dəyər. Partnyorlar və biznes həmkarları tərəfindən kiçik bir fırıldaqla üzləşmək riski var. Odur ki, ətraf-mühiti nəzərdən keçirmək, yalnız etibar edə biləcəyiniz şəxslərlə ünsiyyət qurmaq tövsiyə olunur.

Xərçəng

Xərçənglər üçün il dəyişikliklərə qərar vermək, yaşayış yerini dəyişmək və yeni yerlərə səyahət etmək üçün əlverişli olacaq. Çətinliklər və böhranlar gözlənilmir. Xərçənglər yanvardan may ayına qədər olan dövrlərdə, eləcə də noyabr-dekabr aylarında həyatın bir çox sahələrində şanslı olacaqlar. Bu zaman hədiyyələr, maliyyə vəziyyətinin yaxşılaşdırılması, karyera yüksəlişi mümkündür. Yazın sonunda – yayın əvvəlində bürcün nümayəndələri şəxsi həyatlarına diqqət yetirsələr, bu, onlara daha parlaq emosiyalar gətirəcək.

Şir

Şir bürclərini bir çox şeyin dəyişə biləcəyi həlledici ili gözləyir. Çox çalışmaq lazımdır, nəyisə qurban vermək lazım ola bilər. Maydan noyabr ayına qədər bürcün nümayəndələri bütün əvvəlki əziyyətlərin bəhrəsini görə biləcəklər. Həyat sizi təkcə peşəkar sahədə deyil, həm də münasibətlərdə düzəlişlər etməyə məcbur edəcək. Mart və aprel aylarında sevgidə çətinliklər mümkündür, lakin may-iyun aylarında şəxsi həyatla bağlı suallar yaxşılaşacaq. Avqust ayından ilin sonuna qədər münasibətlərdə çətinliklər gözlənilmir, sevdiyiniz insanla harmoniya və qarşılıqlı anlaşma dövrü başlayır.

Qız

Qız bürcləri 2022-ci ildə həyatlarını yenidən nəzərdən keçirməyə təşviq edilir, istənilən dəyişikliyi həyata keçirmək asan olacaq. Yanvar-may və noyabr-dekabr aylarında gərginlik hiss oluna bilər. Bu dövrdə Qız bürcləri öz ambisiyalarını reallaşdırmaqda çətinlik çəkəcəklər. Bir çox nailiyyətləri sevdiyiniz insan uğrunda qurban verməli ola bilərsiniz. Aprel ayında asan olmayacaq, ayrılıq riski var. Ancaq azad Qız bürclərini yayda yeni tanışlıqlar gözləyir. Evli və ya nişanlı Qız bürcləri münasibətlərini gücləndirə biləcəklər. İyundan avqusta qədər vaxt xüsusilə əlverişlidir.

Tərəzi

2022-ci ildə Tərəzi bürclərini karyerada uğur gözləyir, lakin böyük nailiyyətlər özünüzdən və ona qoyduğunuz zəhmətdən asılıdır. Maydan noyabr ayına qədər işdə çətinliklər mümkündür. Bununla belə bu müddət ərzində fonda uğurlu görünən istiqamətə diqqət yetirməyə dəyər – bu sevgi münasibətləridir. Bu dövr yeni tanışlıqlar, münasibətləri möhkəmləndirmək və ya evlənmək üçün düşərli hesab olunur.

Əqrəb

2022-ci ildə Əqrəb bürcləri istədiklərini əldə etmək üçün çox çalışmalı olacaqlar. Bürcün nümayəndələri üçün əlverişli dövr yanvar-may və noyabr-dekabr aylarıdır. Şəxsi həyatda çətinliklər mümkündür, lakin yaxşı şanslar da olacaq. Məsələn, subay Əqrəblər yeni eşq tapa biləcəklər. Yorğun münasibətdən qurtulmaq istəyənlərin qarşısında yeni yollar açılacaq. Yeni tanışlıqlar üçün ən yaxşı vaxt iyul və avqust aylarıdır.

Oxatan

Oxatan bürcləri üçün il əlverişli olacaq. Bürcün nümayəndələrini karyera məsələlərində xüsusi uğurlar gözləyir. Maydan noyabr ayına qədər həyatın müxtəlif sahələrində uğur və imtiyazlar qazanacaqsınız. Bu müddət ərzində layihələrə başlamaq və böyük tədbirlərdə iştirak etmək tövsiyə olunur. Yaz ayları, yayın sonu və payızın son ayları sevgi münasibətlərinə başlamaq üçün uğurludur. Gələcək ömür-gün yoldaşınızla tanış olmaq və evlənmək şansları yüksəkdir.

Oğlaq

Oğlaq bürclərini 2022-ci ildə böyük dəyişikliklər gözləyir. Mühafizəkar münasibətdən imtina edərək hərəkət istiqamətini dəyişmək fürəstini olacaq. Önümüzdəki ildə sizi iki uğurlu dövr gözləyir: yanvar-may və noyabr-dekabr. Həyatınızın bu dövrü bir çox dəyişikliklərlə əlamətdar ola bilər. Qışda, eləcə də aprel, sentyabr və noyabr aylarında şəxsi həyatınızda sevincli hadisələrin baş vermə ehtimalı var, sevgi cəbhəsində işlərin yaxşılaşması gözlənilir. Subay Oğlaqlar yeni münasibətlərə başlaya bilərlər.

Dolça

Dolça bürclərini də bir il intensiv iş gözləyir. Fəaliyyətdə dəyişikliklərə ehtiyac olacaq, ciddi problemlər yarana bilər. Bununla belə, ümidsiz olmayın, maydan noyabr ayına qədər bu bürcün nümayəndələri bütün məsələlərdə uğur qazanacaqlar. İş yükünün gətirdiyi ağırlıqdan qurtulmaq istəyən Dolça bürcləri yüngüllük və yeniliyi sevgidə axtaracaqlar. May, iyul və payız ayları ailə qurmaq üçün əlverişlidir.

Balıq

2022-ci ilin ən şanslıları Balıq bürcləri olacaq. İnkişaf etmək, yeni layihələrə başlamaq və yenilənmək üçün əlverişli zamandır. İlin ilk dörd ayı, eləcə də noyabrdan dekabr ayına kimi xüsusilə uğurlu dövrdür. Balıq bürcləri böhranlardan və ciddi sınaqlardan qorxmamalıdırlar, il sakit keçəcək. Bürcün nümayəndələrini şəxsi həyatlarında da eyni şans gözləyir. Bu, yeni insanlarla tanış olmaq, əlaqələr yaratmaq və ya mövcud olanlar üzərində işləmək üçün əla vaxtdır.


Bütün xəbərlər