Azərbaycan banklarının kartları Rusiyada işləməyəcək

“Visa” və “Mastercard” ödəniş sistemləri Rusiya bazarında fəaliyyətlərini dayandırdıqlarını bəyan edib. Bu səbəbdən Azərbaycan banklarının kartları Rusiya ərazisində işləməyəcək.

Interval.Az bildirir ki, artıq bununla bağlı Azərbaycanın bəzi bankları müştərilərinə bildiriş göndərib. Banklar kartlarda olan vəsaiti ATM-lərdə nağdlaşdırmağı və nağdsız ödəniş əməliyyatlarını öncədən həyata keçirməyi tövsiyə edir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən “Visa” və “Mastercard” ödəniş sistemləri Rusiyada fəaliyyətini dayandırıb.

Interval.Az


Bütün xəbərlər