Türkiyədə daha bir güclü zəlzələ – Əhali təşvişdə

Bu gün Türkiyənin Manisa vilayətində 5.1 gücündə zəlzələ olub.

İnterval.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Kandilli Rəsədxanası məlumat yayıb. Bildirilir ki, yerli vaxtla 14:26-da qeydə alınan zəlzələ ətraf ərazilərdə – İzmir, Çanakkala, Aydın, Balıkesir, İstanbul şəhərlərində də hiss edilib.

Əhalinin təşvişə düşdüyü deyilir.

Dünən də Ankaranın Akyurd bölgəsində yerli vaxtla saat 13:51-də 3,9 bal gücündə zəlzələ olmuşdu.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 41-ə çatıb.


Bütün xəbərlər