Polo Komandamız Finalda

Interval.Az xəbər verir ki,   İsveçrənin Sankt Moritz şəhərində keçirilən 38-ci qarüstü polo üzrə dünya kuboku turniri davam edir.
Komandamız ilk görüşündəki rəqibi “Flexjet” kollektivi ilə oyunda inamlı qələbə qazanmış, növbəti oyunda “World Polo League” komandası ilə yarımfinal oyununda əzmkarlıq nümayiş etdirərək təmsilçilərimiz rəqibinə 5-4 hesabla qalib gələrək finala vəsiqə qazanmışdır.
Komandamızın kapitanı Elçin Camallının rəhbərliyi altında poloçularımızın həlledici görüşdə rəqibi “Sankt Moritz” komandası olacaq.
Final oynu yanvarın 29-da, Bakı vaxtı ilə saat 17:30-da keçiriləcək.
Zamiq Yunisov 
Interval.Az 

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər