«YA ŞƏHİD OLARAM, YA QAZİ! YOX, YOX ƏVVƏL QAZİ OLUB, İNTİQAM ALİB SONRA ŞƏHİD OLARAM!» MÜBARİZ İBRAHİMOV

Interval.Az  xəbər verir ki,   Liseyin 8a2 sinfində Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr edilmiş “Ya şəhid olaram ,ya qazi ! yox əvvəl qazi olub ,intiqam alıb sonra şəhid olaram!”adlı “Vətən “dərsi keçirilib. Şagirdlər təqdimatlarında Vətən,Torpaq, Bayraq yolunda canını fəda etmiş Mübariz İbrahimovun şərəfli, qəhrəmanlıqla dolu həyat yolundan danışıblar.Sonda müəllim bildirib ki, Dövlətimiz 44 günlük əks-hücum əməliyyatını müvəffəqiyyətlə başa vurdu.Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi.Biz öz ərazi bütövlüyümüzü bərpa etdik. Bu xoşbəxtliyi bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan ordusu yaşatdı. Azərbaycan əsgəri öz qanı,canı bahasına torpaqlarımızı düşmən tapdağından azad etdi.Ruhun şad olsun,şəhidim!

Zamiq Yunisov 

Interval.Az 

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər