20 Yanvarda Xəzər Dənizində “Kapitanlar Şurası”dan həyəcan siqnalı: “Diqqət! Bakı yanır!”

20 Yanvarda dənizdə gedən mübarizədən bir çoxları xəbərsizdir.

Qanlı hadisə baş verdikdə, həmin an dənizdə olanlar iş birliyi qurublar. 7 gəmi kapitanımız birləşərək “Sabit Orucov” adlı sərnişin gəmisini qərargah ediblər və “Kapitanlar şurası” qurublar. Bakı Moskva tərəfindən informasiya blokadasına alındığı üçün bu gəmilər hər 30 dəqiqədən bir dünyaya “Diqqət! Mən Bakıyam! Məni yandırırlar” , “Diqqət! Bakı yanır!” həyəcan siqnalı göndərirlər. Nəticədə Sakit və Atlantik okeanda üzən gəmilər faciədən xəbər tutdular. Onlar Bakıya dəstək olaraq bu xəbəri öz ölkələrinə çatdırırlar. Sovet ordusu qətlə yetirdiyi mülki şəxslərin meyitlərini dənizə ataraq hadisənin izini itirmək istəyirmiş. 120 -yə yaxın gəmimiz SSRİ donanması qarşısında dayanır və “Şəhidlərin meyitlərini bizim cəsədimizin üzərindən keçərək dənizə ata bilərsiniz” ultimatumunu verir və şəhidlərimizin cəsədlərinin dənizə tökülməsinin qarşısını alır. O zaman bu mülki gəmilər hərbi gəmilərə müqavimət göstərərək buna mane olurlar. Sovet rəhbərliyindən ordunun Bakıdan 24 saat ərzində çıxarılmasını tələb edirlər. SSRİ müdafiə naziri onları həbs və güllələnmə ilə hədələsə də qəhrəman dənizçilərimiz geri çəkilmir. Mülki gəmilərimiz atəşə tutulur, şəxsi heyət həbs edilir.
Həmin 7 kapitana bugün çox şey borcluyuq.

Mövlüd Əliyev
Müzəffər Əliyev
Murad Əliyev
Kərəm Məmmədov
Kişi Mütəllimov
Ağalar İbrahimov
İbrahim Salayev


Bütün xəbərlər