Türkiyədə qar uçqununda 31 nəfər ölüb, 53 nəfər yaralanıb – YENİLƏNİB – FOTO

Türkiyənin Van bölgəsində qar uçqununda ölənlərin sayı artmaqda davam edir.

İnterval.Az APA-ya istinadən bildirir ki, ikinci uçqunda ölənlərin sayı 26 nəfərə çatıb, 53 nəfər yaralanıb.

Beləliklə, bu gün baş vermiş iki qar uçqununda 31 nəfər ölüb.

Gecə saatlarında baş vermiş ilk qar uçqununda 5 nəfər ölmüşdü.

*  *  *

Türkiyənin Van vilayətində qar uçqunu baş verib.

İnterval.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 23 nəfər həlak olub.

Ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, uçqun altında daha 10-15 nəfər qala bilər.

Hazırda itkin düşənlərin axtarışları aparılır.

Qeyd olunur ki, birinci uçqun baş verdikdən sonra, itkin düşənlərin axtarışları davam edərkən ikinci uçqun baş verib.

Qar uçqununda Prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Gülşən Orhan da xəsarət alıb. O, uçqunun altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.


Bütün xəbərlər