Gürcüstanda fövqəladə vəziyyət 1 ay uzadıldı

“Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş fövqəladə vəziyyətin müddəti mayın 22-dək uzadılıb”.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu baş nazirin müşaviri, mətbuat katibi İrakli Çikovani deyib.

O bildirib ki, aprelin 27-dən başlayaraq bəzi məhdudiyyətlər, hərəkət məhdudiyyəti aradan qaldırılacaq.

Qeyd edək ki, Gürcüstanda fövqəladə vəziyyət mayın 10-dək uzadılmışdı.

Ölkədə bu günədək 408 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb.


Bütün xəbərlər