Məzunumuzdan fədakar addım.

 İnterval.Az bildirir ki,   İdrak liseyinin məzunu Nazim Həsənov Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 1-ci kurs tələbəsidir. O, 610 balla ali məktəbə qəbul olmuş, 1-ci kursun 1-ci semestrinin bütün imtahanlarından yüksək nəticə toplayaraq əlaçı olmuşdur.
Liseyimizin fəxri olan Nazim Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkmişlərə yardım fonduna Ziraat Bankının Bakı ofisi vasitəsilə ilk təqaüdünün 1-ci ayının tam-175 manat məbləğini köçürüb.
Bu, Azərbaycan gənclərinin insanlığa, Türkiyəyə sevgisinin bariz nümunəsidir.
Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyəsinə çatıb.
Əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə birliyi və qardaşlığı Nazimin timsalında olan gələcək nəsillər tərəfindən davam etdirilir və etdiriləcək.

Zamiq Yunisov

 İnterval.Az 

Məqaləyə dair fotomateriallar:

 


Bütün xəbərlər