İngiltərədə təyyarə təhlükəli eniş etdi – VİDEO

İngiltərənin Lids-Bradford hava limanında güclü küləklə əlaqədar təyyarə təhlükəli eniş edib.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, təyyarə uçuş-eniş zolağına enməzdən əvvəl güclü yırğalanmaya məruz qalıb.

Əvvəlcə sağ, sonra sol şassi üzərinə eniş edən təyyarə qısa müddət sonra hərəkətini sabitləşdirə bilib.

İnsident nəticəsində xəsarət alanların olmadığı deyilir.

http://


Bütün xəbərlər