Gürcüstan qoruyucu maska istehsal edəcək

Gürcüstan hökuməti ölkədə qıtlıq müşahidə olunan qoruyucu maskaların istehsalına başlamağı planlaşdırır.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin İqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava deyib.

O bildirib ki, bununla əlaqədar olaraq ölkədəki tikiş müəssisələrinə hökumət tərəfindən maksimum yardım göstəriləcək.

Qeyd olunur ki, bu günədək Gürcüstanda 34 koronavirusa yoluxma faktı qeydə alınıb.

Bununla əlaqədar olaraq, ölkə ərazisində martın 18-dən başlayaraq marşrut taksilərinin fəaliyyəti dayandırılır.


Bütün xəbərlər