“Çukur”un aktyoru ata olacaq

Türkiyənin sevilən serialı “Çukur” un aktyoru Erkan Kolçak Köstengil ata olacaq.

İnterval.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin xanımı Cansu Tosun 3,5 aylıq hamilədir. Valideyn olacaqlarını sadəcə ailəsi və dostları ilə paylaşan cütlüyün həyəcənlı olduğu bildirilir. Ötən axşam bir tədbirə qatılan Cansu paltarı ilə də diqqətləri üzərinə çəkib.

Qeyd edək ki, cütlük ötən il Antalyada evləniblər.


Bütün xəbərlər