“Imagine Dragons”, Tarkan və Röya… – FOTOlar

Ötən il ölkəmizdə keçirilən konsertlərdə ən sürətli bilet satan sənətçilər bəlli olub.

İnterval.Az  bildirir ki, iticket platformasında ilk sırada dünyaca məşhur qrup “Imagine Dragons”ın konserti durur.

2 sentyabrda Olimpiya stadionunuda səhnəyə çıxan qrup üçün ilk iki saatda 18 min bilet satılmışdı. Konsert gününədək isə 43 min bilet alındı və tədbirdə də bir o qədər insan iştirak etdi.

2-ci sırada məşhur türk müğənni, meqastar Tarkan dayanır. Biletləri sürətli formada satılan sənətçinin konsertində VİP masanın qiyməti 3200 manat idi. Ümumilikdə konsertə 20 min insan qatılmışdı.

Biletləri sürətli şəkildə tükənən üçüncü sənətçi isə Xalq artisti Röya Ayxandır.

Pop ulduz geridə qoyduğumuz il ərzində 6 gün Bakı Konqres Mərkəzində çıxış edib. Sənətçinin yanvarda və sentyabrda ard-arda üç gün baş tutan konsertlərinə 20 min insan axışıb.

Zamiq Yunisov

İnterval.Az 

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər