DSX-Kişi namizədlərin xidmətə cəlb olunması üçün həqiqi hərbi xidmətə qəbul elan edir.

 İnterval.Az bildirir ki,    Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «2019—2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası»nın müddəalarının icrasının təmin edilməsi, o cümlədən Dövlət Sərhəd Xidmətində vakant vəzifələrin komplektləşdirilməsi məqsədilə müvafiq tələblərə cavab verən kişi namizədlərin xidmətə cəlb olunması üçün həqiqi hərbi xidmətə qəbul elan edir.
Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbulla bağlı kişi namizədlərə dair
T Ə L Ə B L Ə R
• Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
• 30 yaşı keçməməli;
• Fiziki cəhətdən sağlam olmalı;
• Natamam orta ,orta, orta-ixtisas və ya ali təhsili olmalı, bitirməsinə dair sənədlərin surətləri təqdim edilməlidir. Xarici ölkələrdə təhsil almış namizədlərin diplomunun tanınmasına dair Elm və Təhsil Nazirliyindən müvafiq sertifikat alınmalıdır.
• Özü və yaxın qohumları ağır və ya xüsusilə ağır cinayətlər törədərək cinayət məsuliyyətinə cəlb olunmamalıdır.
• DSX-nin istənilən bölgədə yerləşən hərbi hissələrində xidmət etməyə hazır olmalıdır.
Qeyd: Namizədlər Bakı şəhəri, Səbail rayonu,Z.Əliyeva küçəsi 30 ünvanında yerləşən Dövlət Sərhəd Xidməti Aparatının qəbul bürosuna və DSX-nin yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs mayor Eldəniz Məmmədov təyin edilmişdir. (əlaqə telefonu:050-234-90-34/012-493-62-47,saat 09:00-dan 18:00-dək).

Zamiq Yunisov

İnterval.Az

Bir yazı görseli olabilir

Bütün xəbərlər