Bakıda 54 yaşlı qadının hamamdan cəsədi tapıldı

Bakıda qadın dəm qazından boğularaq ölüb.

İnterval.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ev 15, mənzil 33-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1966-cı il təvəllüdlü Liliya Çuprikova yaşadığı evin hamamında ölmüş vəziyyətdə aşkarlanıb. Araşdırmalar zamanı qadının dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


Bütün xəbərlər