Əmək pensiyasının minimum məbləği artırılır

Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Interval.Az bildirir ki, sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılır ki, əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Qeyd edək ki, əmək pensiyalarının minimum məbləği 240 manat olub.

Zamiq Yunisov

Interval.Az


Bütün xəbərlər