Rəis göndərilən müavinin yerinə təyinat

Mingəçevir Polis Şöbəsində yeni təyinat olub.

İnterval.Az qafqazinfo-ya istinadən xəbər verir ki, polkovnik-leytenant Cavid Talıbov Mingəçevir ŞPŞ-yə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

O, bu vəzifədə Azay Ağayevi əvəz edib. A. Ağayev ötən ilin oktyabr ayında Daşkəsən RPŞ-yə rəis təyin edilib.


Bütün xəbərlər