Bu il 8 mindən çox müəllim işə qəbul olunub, 1305-i iş yerini dəyişib

2019-2020-ci tədris ili üzrə 8 mindən çox müəllim işə qəbul olunub.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.

Onlardan 3260 nəfəri müddətsiz, 5614 nəfəri isə müddətli müqavilə əsasında işlə təmin olunub.

Müddətsiz müqavilə əsasında işə qəbul olunan müəllimlərdən 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərə işə qəbul olunub.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron yerləşdirmənin nəticələrinə əsasən, 1305 müəllim iş yerini dəyişib.

Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələrinə əsasən, ümumilikdə 318 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.


Bütün xəbərlər