Bakıya elektriklə işləyən müasir taksi gətirilib

Üç ay ərzində Bakıya yeni “London taksi”ləri gətiriləcək.

Artıq bu taksilərin sifarişi verilib. Hazırda taksilərdən biri nümunə üçün ölkəmizdədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ”Bakı Taksi Xidməti” MMC Bakıya nümunə olaraq müasir standartlara cavab verən 1 ədəd “London taksisi” gətirib.

İnterval.Az xezerxeber.az-a istinadla xəbər verir ki, avtomobil elektriklə işləyir.

Bu taksidən istifadə edən sərnişinlər ödənişi POST-terminallar vasitəsilə də ödəyə bilir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, 3 ay ərzində bu taksilərin sayı 100-ə çatdırılacaq.

”Bakı Taksi Xidməti” MMC-nin baş direktoru Fuad Əliyev deyib ki, bu taksilər müasir texnologiyalar ilə təchiz edilib.

Bununla yanaşı, bu taksilərə fiziki qüsurlu şəxslərin rahat minib-düşmələri üçün panduslar quraşdırılıb. Üstəlik, yeni taksilər android sistemlə də təchiz olunub.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində elektriklə işləyən bu cür taksilərə tələbat artıb.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev ölkədə taksi nəqliyyatı xidmətlərinin keyfiyyətinin artırılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə öz tapşırıqlarını verib.

 


Bütün xəbərlər