İTİCKET.AZ Prodakşın şirkətindən təqdirəlayiq addım

Müəllif Hüquqları

İnterval.Az-a açıqlamasında Müəllif Hüquqları Uğrunda İctimai Birliyini-n İdarə Heyəti Sədr müavini Zamiq Yunisov  bildirib    Dünyanın ən qlobal və aktual mövzusu hər dövrdə əqlin məhsulun müəllifinin müəyyənləşdirilməsi və onun dəyərləndirilməsi olmuşdur. Tarixin və bir çox mübahisəli məsələlərin dəqiqləşdirilməsində böyük rol oynayan məhz hər bir icadın tarixi və məkanının təsdiqi müəyyənləşdirir. Müəllif Hüquqları termini də elə buradan meydana gəlmiş və dünyadakı bütün maddi layihələrin bünövrəsini təşkil edir.

27 Dekabr 2021-ci ildən fəaliyyət göstərən “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi də Azərbaycanın dünyadakı imicini qaldırmaq və sağlam müəllif yaradıcılığı mübadiləsi aparmağa qulluq edir.

Əlbəttə bu mövzuda maarifləndirici işlərə böyük ehtiyac var və biz bu məsələni özümüzə prioritet seçmişik. Son zamanlarda aktivlik müşahidə olunur. Və çox sevindirici bir haldır ki, vətənə qulluq etmək əqidəsində olan iş adamlarımız da az deyil. Bizi atdığı addımla heyrətləndirən və ruh yüksəkliyi verən İTİCKET.AZ Prodakşın şirkəti məhz bu təşkilatlardan biridir. Müraciətlərimizin əksəriyyətini cavabsız qoyan konsert və tədbir təşkilatşılarından fərqli olaraq İTİCKET.AZ Prodakşın könüllü olaraq  2 Sentyabr 2023-cü il tarixdə işbirliyi təklifi ilə müraciət edərərk müqavilə bağlamış, eləcə də  İmagine Dragons    keçirdiyi izdihamlı konsert proqramının bilet satışından  əldə olunan vəsaitin qonorar ödənişini hesabımıza köçürərərk qanun çərçivəsində həyata keçirmişdir. Azərbaycanda fəaliyyət göstərərək kommersiya layihələri həyata keçirən bütün təşkilat və şirkətlərə nümunə olan bu təqdirəlayiq addım əsil vətənini sevmək və ona qulluq etmək kimi dəyərləndirilir.

Ayla Qafqazlı

İnterval.Az 

Məqaləyə dair foto  video materiallar:


Bütün xəbərlər