“Milan” “İnter”ə qalib gəlib

İtaliya A seriyasında XXIV tura start verilib.

Interval.Az xəbər verir ki, ilk gündə əzəli rəqiblər “İnter”lə “Milan” üz-üzə gəlib.

“İnter” ev sahibliyi etdiyi “Cüzeppe Meatsa”dakı qarşılaşmanın birinci hissəsində üstün nəzərə çarpıb. Bunun nəticəsi kimi, İvan Perişiç 38-ci dəqiqədə “neradzurra”nı hesabda önə keçirib.

Fasilədən sonra hücumda təzyiqi artıran “Milan” nəinki məğlubiyyətdən qaça, hətta önə də keçə bilib. Olivye Jiru dörd dəqiqə ərzində (75 və 78-ci dəqiqələrdə) dubla imza ataraq, “rossonyerlər”ə əzmkar qələbə qazandırıb – 2:1. Teo Ernandesin son saniyələrdə qırmızı vərəqə alması da nəticəyə təsir göstərməyib.

Bu qalibiyyət “Milan”ın turnir cədvəlinə liderlik edən əzəli rəqibinə yaxınlaşmasına kömək edib. Hazırda Simone İnzaginin yetirmələrinin aktivində 53 xal varsa, Stefano Piolinin komandası cəmi 1 xal geri qalır.

Interval.Az

Bütün xəbərlər Interval.Az Facebook səhifəmizdə


Bütün xəbərlər