“Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək”

Qeyd edək ki, Azərbaycanda 2016-cı ildə keçirilmiş referendumun nəticələrinə görə, prezident seçkiləri 7 ildən bir keçirilir. Bu dəyişiklikdən sonra hazırkı Prezident İlham Əliyev 2018-ci ilin aprelində Prezident seçilib. Azərbaycan Konstitusiyasında prezident seçkilərində iştirakla bağlı heç bir məhdudiyyət yoxdur, ona görə də Prezident İlham Əliyev yenidən respublika Prezidenti postuna namizədliyini irəli sürə bilər.

Qarşıda bizi 2024-cü il fevralın 7-də keçirilməsi nəzərdə tutulan Prezident seçkiləri gözləyir. Artıq Azərbaycan ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problemin həlli üçün əlindən gələni etdi. Ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verildikdən qısa zaman sonra ölkəmizin, xalqımızın bütün potensialı vahid məqsəd uğrunda səfərbər edildi və “Qarabağ Azərbaycandır!” şüarı dillər əzbəri oldu.

2018-ci ildə Prezident seçildikdən cəmi iki il sonra ölkəmizin müasir tarixinin ən şanlı səhifəsi yazılmağa başladı. 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. 2023-cü il sentyabrın 20-də lokal xarakterli antiterror tədbirləri isə ərazi bütövlüyümüzün, Konstitusion quruluşumuzun və suverenliyimizin tam bərpası prosesini tamamladı.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı, əməkdaşlıq üçün daha münbit şərait formalaşdırdı. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təntənəsi kimi yadda qalacaq”, – deyə İ.Hüseynov bildirib.


Bütün xəbərlər