Ceyhun Bayramov Prezident İlham Əliyevə təşəkkürünü bildirib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi ilə əlaqədar Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

İnterval.Az bildirir ki, bu barədə Ceyhun Bayramov “Twitter” hesabında paylaşım edib.

“Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Bu diqqət və etimada görə cənab Prezidentə minnətdarıq!”

Zamiq Yunisov

İnterval.Az 


Bütün xəbərlər