Türkiyədə 30 məktəbli zəhərləndi

Türkiyənin qərbindəki Denizli vilayətində məktəblilər arasında kütləvi zəhərlənmə baş verib.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 30 şagird xəstəxanaya yerləşdirilib.

Onlardan bir nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Şagirdlərin qidadan zəhərləndiyi deyilir.

Qeyd edək ki, ötən həftə Çorum vilayətində 100 məktəbli qidadan zəhərlənmişdi.


Bütün xəbərlər