Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

Bu gün Azərbaycanda koronavirusla bağlı 4765 test edilib.

İnterval.Az-ın məlumatına görə, Milli.Az bildirir ki, bu barədə TƏBİB-in aprelin 29-na açıqladığı statistik göstəricidə qeyd olunub.

Bildirilib ki, indiyədək ölkədə 137 min 379 test edilib.

Qeyd edək ki, bu gün ölkədə koronavirusa 49 yeni yoluxma faktı qeydə alınıb. Ümumi sağalan xəstə sayı 1267, ümumi yoluxma faktı isə 1766-dır. Ölkədə Covid-19-dan 23 nəfər dünyasını dəyişib. Aktiv xəstələrin sayı 476-dır.


Bütün xəbərlər