“BakuBus” Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

Prezident DTX və XKX

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

İnterval.Az  bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində “Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini” əvəzinə “Rəhman Hümmətov – Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” əlavə olunub.

Zamiq Yunisov

İnterval.Az 


Bütün xəbərlər