Elnarə Dadaşova 70 illik yubiley gecəsi

Interval.Az bildirir ki,     Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bəstəkar, xalq artisti, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Elnarə xanım Dadaşovanın 70 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcəkdir.

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin  ifasında bəstəkar Elnarə Dadaşovanın əsərləri səslənəcək.

(dirijor Əməkdar artist Fuad İbrahimov, Xalq artisti Gülnaz İsmayılova, solistlər Fəxri Kazım-Nicat və Səidə Tağızadə – piano)

Elnarə Dadaşovanın yaradıcılıq istedadı çox erkən yaşlarında bəlli olur və müəllimləri də bunu hiss edərək ona bu sahədə yön verməyə çalışırlar.

9-cu sinifdən Nazim Əliverdibəyovun məsləhətilə Bülbül adına orta ixtisas musiqi məktəbində bəstəkar Ədilə Hüseynzadənin yanına gəlir. Ədilə xanım onu bir bəstəkar kimi istiqamətləndirir. Elnarə xanımın əsərləri Avropasayağı səslənsə də, Ədilə Hüseynzadənin tövsiyəsi ilə tez bir zamanda gənc bəstəkar milli ruhda çox sayda əsər bəstələdi. Milli prinsiplərə əsaslanan müasir musiqi dilində əsərlərin yazılması ona məhz Qara Qarayevdən miras qalmışdır.

30 ildən artıqdır ki, Elnarə Dadaşova bəstəkarlıq fəliyyəti ilə məşğuldur. Bəstəkar bu illər ərzində müxtəlif  janrlarda 100-dən artıq əsərin müəllifidir. Onun yaradıcılığının ayrılmaz və mühüm bir hissəsini fortepiano əsərləri təşkil edir.

“24 Prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, “Postlüdiya” əsərləri təşkil etmişdir. Simfoniya, konsert-simfoniya, fortepiano konserti, balet, baletdən simfonik süitalar, xor əsərləri, vokal-simfonik əsərlər, kvartetlər, fortepianoorqan, xalq çalğı alətləri, simfonik orkestrin müxtəlif alətləri üçün əsərlərin müəllifidir.

Hazırda Elnarə Dadaşova Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini davam etdirir. Xanım bəstəkar, həmçinin “Polifoniya”, “Solfecio” üzrə 5 dərs vəsaitinin, xor topluları və tədris proqramlarının rəhbəridir.

İlahə Seyidzadə 

Interval.Az 

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər