“Balamı görə bilmirəm” – Xəstəxanada olan Günay

Aparıcı Günay Baxşəliyeva bir neçə gündür xəstəxanadadır.

İnterval.Az axşam.az-a istinadən xəbər verir ki, o, soyuqladığı üçün xəstəxanaya yerləşdirilib.

Sənətçi bu barədə yenidən paylaşım edib. “Dörd gündür balamı görə bilmirəm, yaxşı ki, hələ bu görüntülü danışıqlar var. Allah heç bir ananı övladsız, övladı anasız qoymasın! Allah bütün balaları qorusun!” – Günay yazıb.

Qeyd edək ki, Günay Zaur Baxşəliyevlə ailəlidir. Cütlüyün Dilavər adlı bir qız övladı var.


Bütün xəbərlər