“Səbrimiz tükənmək üzrədir” – Hulusi Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Anadolu” Agentliyi müxbirinin Ağcaqalada üç əsgərin şəhid olduğu terror hücumundan sonra başladılan əməliyyatlarla bağlı sualını cavablandırıb.

Xain hücumdan dərhal sonra lazımi əməliyyatlara başlanıldığını vurğulayan Akar bildirib ki, sərhədlərimizdən kənarda planlaşdırılan bu hücumlar Türkiyənin səbr kasasını doldurub.

“Şəhidlərimizin qanı yerdə qalmadı və qalmayacaq. PKK/YPG hədəflərini vurduq, bundan sonra da vurmağa davam edəcəyik. Bu günə kimi 22 terrorçu zərərsizləşdirilib. Bu rəqəmin daha da artacağını gözləyirik”,- deyə nazir bəyan edib.

O qeyd edib ki, cəza əməliyyatları artan templə davam edəcək.

“Bir daha bildiririk ki, biz bütün tərəflərin razılaşmalarda nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirəcəklərini gözləyirik. Şəhidlərimizə Allah bir daha rəhmət eləsin, ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və əziz millətimizə başsağlığı veririk”, – deyə Akar əlavə edib.

Yıldray Arslan.

Interval.az


Bütün xəbərlər