Bakıda qadın çay evində döyüldü – Ağır xəsarət alıb

Bakının Sabunçu rayonunda mübahisə zəmnində döyülmə hadisəsi baş verib.

İnterval.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsi, Sovxoz yaşayış massivində yerləşən “Xrom” çay evində qeydə alınıb.

Mübahisə zamanı 1989-cu il təvəllüdlü Mustafayeva Günay Şəmsəddin qızı döyülərək xəsarət alıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


Bütün xəbərlər