Azərbaycan Nəsiminin qəbrinin bərpası ilə bağlı öz yardımını təklif edib

“İmadəddin Nəsiminin qəbri və türbəsi ilə bağlı, gördüyünüz kimi, bəzi restrukturizasiya işləri artıq başlayıb. Azərbaycan dövləti də bu layihədə öz yardımını təklif edir.”

İnterval.Az xəbər verir ki, bunu Trend-ə Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib: “Hələlik yekun qərar yoxdur, amma bizim renovasiya ilə bağlı planlarımız və layihələrimiz olub. İndiki məqamda bu, mümkün görünmür, amma biz görürük ki, indi Suriya hökuməti bu yerə hörmətlə yanaşır, bura ilə bağlı bəzi işlər aparır. Bu yer, demək olar ki, ziyarətçilər üçün müqəddəs hesab olunur”.


Bütün xəbərlər