Qasırğa Fransanın öz adası ilə əlaqəsini tamamilə kəsdi

Pis hava şəraiti Korsika adasının Fransanın materik hissəsi ilə əlaqəsinin kəsilməsinə səbəb olub.

İnterval.Az oxu.az-a istinadən xəbər verir ki, “Fabien” qasırğasının yaxınlaşması ilə əlaqədar təyyarə uçuşları və su nəqliyyatının hərəkəti tamamilə dayandırılıb. Hava şəraiti dəmir yolları nəqliyyatını da iflic edib.

Qeyd edək ki, “Fabien” fırtınasından öncə Fransa, İspaniya və Portuqaliya “Elza” qasırğası ilə üz-üzə qalmışdı. Nəticədə, hər üç ölkənin infrastrukturuna ciddi ziyan dəymiş, insan təlafatı olmuşdu.


Bütün xəbərlər