ÜST: Dünyada koronavirusa yoluxanların sayı 85 min artıb

Aprelin 26-ü saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 2 804 796 nəfərə çatıb.

İnterval.Az xəbər verir ki, Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 84 900 nəfər yeni koronavirusa yoluxub, 6 018 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 2 804 796 nəfərə, ölənlərin isə 193 722 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 341 851 yoluxma və 122 218 ölüm halı. Avropa regionunda sutka ərzində 27 185 yoluxma halı, 2 756 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 23-nə olan məlumatlara əsasən, yoluxanların sayı 1 094 846 nəfərə, ölənlərin sayı isə 56 063 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 160 586 yoluxma və 6 899 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (899 281), İspaniyada (219 764), İtaliyada (195 351), Almaniyada (154 175), Böyük Britaniyada (148 381), Fransada (122 875), Türkiyədə (107 773), İranda (89 328), Çində (84 338) və Rusiyada (74 588) qeydə alınıb.


Bütün xəbərlər