“Qarabağ”ın aparıcı müdafiəçisi zədələnib

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev zədələnib.

İnterval.Az  xəbər verir ki, 23 yaşlı müdafiəçi Polşada “Rakuv”a qarşı keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda sıradan çıxıb.

Gənc oyunçu 70-ci dəqiqədə Maksim Medvedevlə əvəzlənib.

Qeyd edək ki, hazırda matçda hesab bərabərdir – 2:2.

Zamiq Yunisov

İnterval.Az 


Bütün xəbərlər