“Bəzi korrupsioner Avropa siyasətçiləri dünən Azərbaycan sərhəddinə dorğu gəliblər”

Ermənistan Azərbaycanla razılaşdırmadan populizm məqsədilə müxtəlif yük maşınlarını “Laçın” sərhəd-keçid məntəqəsinə gətirib.

İnterval.Az  bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“Dünən bəzi erməni lobbisinin tərəfdarı və təsiri altında olan korrupsioner Avropa siyasətçiləri də bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhəddinə dorğu gəliblər. Bu kimi addımların heç bir mənası yoxdur. Belə ucuz şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır”, – deyə H. Hacıyev bildirib.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və xarici jurnalistlər avqustun 31-də Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil olunan ərzaqdan ibarət yüklərin yerləşdiyi məntəqəyə gəliblər.

Zamiq Yunisov

İnterval.Az


Bütün xəbərlər