Heydər Əliyev həyatını təhlükə altında qoyaraq ölkəmizə yönələn bütün təhdidləri zərərsizləşdirib

Kamran Əliyev

Heydər Əliyevin həyatını təhlükə altında qoyan siyasəti nəticəsində ölkəmizin mövculduğuna qarşı yönələn bütün təhdidlər zərərsizləşdirilib.

İnterval.Az  Trend-ə istinadən bildirir ki, bu sözləri Baş prokuror Kamran Əliyev bu gün Qəbələdə təşkil olunmuş Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasında qeyd edib.

Vurğulanıb ki, Elmi-Məsləhət Şurasının iclası ilk dəfədir ki, Bakı şəhərindən kənarda – Qəbələ şəhərində təşkil edilib.

Bildirilib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı və dəstəyi ilə bölgələrimiz sürətlə inkişaf edir, bölgələrdə yerləşən şəhərlərin iqtisadi, sosial, mədəni və elm-təhsil potensialının gücləndirilməsi üçün olduqca əhəmiyyətli tədbirlər görülür. Məhz bu işlər nəticəsində ölkəmizin dilbər guşələrində müxtəlif, o cümlədən beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirilməsi mümkün olur. Əlbəttə ki, belə şərait bütün sahələr kimi, elm və təhsilin inkişafına da öz töhfəsini verir.

Nəzərə çatdırılıb ki, anarxiya, qeyri-sabitlik, siyasi hərc-mərclik, vətəndaş müharibəsi, misli görünməyən cinayətkarlıq və onun ən təhlükəli təzahürlərindən olan mütəşəkkil cinayətkarlıq, dağıdıcı separatçılıq, hərbi uğursuzluqlar və digər bu kimi bəlalardan xalqımızı və dövlətimizi məhz Ulu öndər xilas edib.

Zamiq Yunisov

İnterval.Az 


Bütün xəbərlər