“El Klasiko”nun vaxtı açıqlandı

İspaniya La Liqasının 26-cı turunda keçiriləcək “Real” – “Barselona” matçının vaxtı açıqlanıb.

İnterval.Az Milli.Az-a istinadən xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda baş tutacaq “El Klasiko” martın 1-i Bakı vaxtı ilə 00.00-da start götürəcək.

İlk dövrədə “Kamp Nou”da baş tutan görüş qolsuz heç-heçə ilə bitmişdi.


Bütün xəbərlər