Koronavirusun çarəsi bu xəstəlikdən sağalan insanların qanında ola bilər – Amerikalı alim

Həkimlər koronavirusu bu xəstəlikdən sağalan insanların qanı ilə müalicə etmək istəyirlər.

İnterval.Az-ın məlumatına görə, Milli.Az Nyu-York Post-a istinadla xəbər verir ki, həkimlər koronavirusun çarəsinin sualının cavabının bu virusdan sağalan insanların qanında olduğunu düşünürlər.

Johns Hopkins Universitetinin tədqiqatçıları “convalescent serum” ( yaxşılaşan serum ) metodundan istifadə edərək koronavirusa qalib gəlmək istəyirlər.

NBC News yazır ki, Molekulyar mikrobiologiya və immunologiya şöbəsinin rəhbəri Dr. Arturo Casadevall bu metodun ABŞ-da son on ildə istifadə olunmadığını söyləyib. Onun dediyinə görə, illər əvvəl pandemiyaya çevrilən İspan qripi zamanı bu metoddan istifadə edilib. Onun dediyinə görə, xəstəliyə qarşı vaksin tapılana qədər bu metoddan istifadə eləmək məqsədəuyğun olar.


Bütün xəbərlər